Tu-154 təyyarəsinin komandirinin meyiti tapılıb

Qara dənizdə qəzaya uğrayan Rusiya Müdafiə Nazirliyinə məxsus Tu-154 təyyarəsinin komandirinin meyiti tapılıb. APA TV-nin məlumatına görə, bu barədə TASS agentliyinə hərbi mənbə məlumat verib. Məlumata görə, xilasedicilər Tu-154 təyyarəsinin komandiri Roman Volkovun meyitini sudan çıxarıblar. Mənbə bildirib ki, dekabrın 26-da daha 70 nəfərin qalıqları aşkar edilib.

 

Qeyd edək ki, dekabrın 25-də Soçi şəhərindən Suriyadakı Hmeymim aviabazasına uçan Tu-154 təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra radarlardan itib. Təyyarənin qalıqları Soçidən 1,5 km aralıda Qara dənizdə tapılıb. Qəza nəticəsində təyyarədə olan 92 nəfər ölüb.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR