Prezident İlham Əliyev Ramazan Abdulatipovu qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev dekabrın 26-da Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
APA TV-nin xəbərinə görə, dövlət başçısı Ramazan Abdulatovun Azərbaycanın yüksək dövlət mükafatına layiq görülən Dağıstanın ilk rəhbəri olduğunu deyib və mükafatı təqdim etməkdən məmnunluğunu bildirib.
Azərbaycan Respublikası ilə Dağıstan Respublikası və xalqlarımız arasında əlaqələrin daha da yaxınlaşdırılmasında Ramazan Abdulatipovun xidmətlərinə toxunan dövlətimizin başçısı Dağıstanın inkişafında onun rolunu vurğulayıb. Bu il Dağıstanın əldə etdiyi uğurları qeyd edən dövlətimizin başçısı gələn ildə də Dağıstanda yeni nailiyyətlərin qazanılacağına ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev Dağıstanla əməkdaşlığı uğurla inkişaf edən Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin daha da möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Ramazan Abdulatipov vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putinlə görüşləri zamanı dəfələrlə qeyd edib ki, qonşu Azərbaycanın inkişafı yaxşı nümunədir. Dağıstanın rəhbəri bildirib ki, Azərbaycanın paytaxtında, ümumilikdə bütün respublikada olan sabitlik onlar üçün nümunədir. Ramazan Abdulatipov qeyd edib ki, Rusiya dövlətinin başçısı onlara Azərbaycanın təcrübəsindən istifadə etməyin mümkünlüyünü bildirib və Dağıstanın Rusiya-Azərbaycan münasibətlərinin inkişafında rolunu vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı