Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də görülən işlərlə tanış olub
Bu gün Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Bakı Ağ Şəhər”də görülən işlərlə tanış olub, Fəvvarələr Meydanı parkı, ictimai parkinq və piyada keçidi kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.
APA TV-nin xəbərinə görə, “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov və “Bakı Ağ Şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıxov dövlət başçısına ötən müddətdə görülən işlər barədə məlumat veriblər.
Bildirilib ki, “Bakı Ağ Şəhər” layihəsi üzrə Xəqani Rüstəmov və Süleyman Vəzirov küçələri də daxil olmaqla yeni salınan yolların ümumi uzunluğu 22,3 kilometrə çatacaq, eni isə 16 metrdən 47 metrədək dəyişəcək. Ümumilikdə burada 63 çoxsaylı kəsişən yolun təmiri və asfaltlanması həyata keçiriləcək. Bakının iki əsas prospektini - Babək və Nobel prospektlərini birləşdirən Xəqani Rüstəmov küçəsi 3 gediş və 3 gəliş olmaqla 6 hərəkət zolağından ibarətdir.
Qeyd edilib ki, “Ağ Şəhər” layihəsi çərçivəsində “Yaşıl Ada və Villa Zonası” adlanan ərazidə ümumi uzunluğu 2 kilometrə çatan əsas və kəsişən bir neçə küçədə işlər yekunlaşıb. Layihə çərçivəsində küçələrdə 20 min kvadratmetr piyada səkisi və yolayrıcı inşa olunub. Yolların kənarında 300-dək çinar və zeytun ağacı əkilib. Yeni salınan küçələrdə hərəkətin normal təşkili üçün 200-ə qədər yol nişanı quraşdırılıb.
Dövlət başçısı və xanımı Yaşıl Ada kvartalının artıq məskunlaşdırılan ilk məhəllələri ilə tanış olublar. Prezident İlham Əliyevə xüsusi detallarla bəzədilən, klassik üslublu Paris evlərinin məhəllələrində aparılan abadlıq və yaşıllıq, infrastruktur-kommunikasiya işləri barədə ətraflı məlumat verilib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Yaşıl Ada kvartalı çərçivəsində salınan yeni yaşıllıq məkanı ilə də tanış olublar. Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Bakı Ağ Şəhər” ərazində tikinti işlərinin gedişi ilə tanış olmaq üçün avtobusla gəzintiyə çıxıblar.
Bildirilib ki, modern dizaynlı meydan “Ağ Şəhər”in Babək prospektindən eni 37 metr, hər iki istiqamətdə üçzolaqlı avtomobil yolları, geniş və yaşıllaşdırılmış piyada səkilərindən ibarət girişi olacaq.
Daha sonra prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Bakı Ağ Şəhər” çərçivəsində layihələndirilən Fəvvarələr Meydanı parkı, piyada keçidi və ictimai parkinq kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.
Daha sonra prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva burada ağac əkiblər.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı