Siyəzəndə torpaq sürüşməsi: 3 evə ziyan dəyib
Siyəzən rayonunun Səədan kəndində torpaq sürüşməsi baş verib.
APA TV-nin şimal bürosunun xəbərinə görə, rayon mərkəzindən 8 km aralıda yerləşən kənddə torpaq sürüşməsi 3 yaşayış evinə, eləcə də yola ziyan vurub, yolda çatlar əmələ gəlib.
Evləri sürüşmə zonasında yerləşən sakinlər deyir ki, İcra Hakimiyyətindən onlara evlərdən köçməyi məsləhət biliblər.
Balacaxanım Qəribova, kənd sakini: "Biz icraya getmişik. Onlar deyir çıxın evdən. Deyirəm ki, hara gedim. Deyir qohum-əqrəbanın evinə. Mart ayından başlayan işdir. 6 nəfərik. Hansı qohum məni bu qədər saxlayar? Yaxında qonşu da qaçıb gedib burdan. Evləri sürüşdüyünə görə. Hər dəqiqəmiz qorxuludur bizim. Hər an uça bilər".
Şakir Qəribov, kənd sakini: "Burda həmişə xırda-xuruş çatlar olub, amma belə olmayıb. Bu ilin mart ayından özünü lap çox büruzə verdi. Bələdiyyə torpaq verib. İndi qohum-əqrəbanın köməkliyi ilə ev tikirik".
Siyəzən rayon İcra Hakimiyyətinin müavini, Fövqəladə Hallar Komissiyasının sədri Zəfər Əliyev bildirib ki, rayon mərkəzindən 8 km aralıda yerləşən kənddə torpaq sürüşməsi 3 yaşayış evinə, eləcə də yola ziyan vurub, yolda çatlar əmələ gəlib. Z.Əliyevin sözlərinə görə, əraziyə Fövqəladə Halla Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları baxış keçiriblər. Hər iki nazirliyin əməkdaşları müvafiq rəylərini hazırlayıb, aidiyyəti qurumlara təqdim ediblər.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı