Nazir Kəmaləddin Heydərov Biləsuvarda vətəndaşları qəbul edib

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dekabrın 26-da  Biləsuvarda vətəndaşları qəbul edib.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, Biləsuvar Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında keçirilən qəbulda Şirvan şəhər, Biləsuvar, Salyan və Neftçala rayonlarının sakinləri ilə yanaşı, həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq strukturları rəhbərlərinin də qatıldıqları qəbul  zamanı Kəmaləddin Heydərova edilən müraciətlərdə müxtəlif məsələlərlə bağlı, o cümlədən işə qəbul, qəzalı evlərinin təmirinə köməklik göstərilməsi kimi məsələlər üstünlük təşkil edib. Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

 

Qəbul zamanı bəzi vətəndaşlar şəxsi məsələlərlə də bağlı nazirə müraciət ediblər. Bütün müraciətlərə həssaslıqla yanaşılıb. FHN-nin səlahiyyətinə aid olmayan məsələlərin əlaqədar təşkilatlara çatdırılmasından ötrü onlar nəzarətə götürülüb.

 

Bundan başqa, kadr məsələləri və digər məsələlərlə bağlı 100-ə yaxın vətəndaş nazir müavinləri və FHN-in müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR