Balakəndə 31 yaşlı kişi özünü yandırdı

Balakəndə intihara cəhd hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, dekabrın 25-də axşam saat 18:00 radələrində rayonun Hənifə kənd sakini, 1985-ci il təvəllüdlü Kamil Nəsrullah oğlu Dovşanov yaşadığı ünvanda hələ ki istintaqa məlum olmayan səbəbdən intihar etmək məqsədilə üstünə benzin tökərək özünə od vurub.

 

Son anda yaxınlarının köməyi ilə xilas olunan K.Dovşanov Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

 

MRX-dan APA TV-yə verilən məlumata görə, K.Dovşanovun yanıq xəsarətləri ağır olduğu üçün ona xəstəxanada lazımi ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

 

Faktla bağlı Balakən rayon prokurorluğunda araşdırma aparılır.

Müəllif | Apa.Tv
Vüqar Heydərov

OXŞAR XƏBƏRLƏR