Kürdəmirdə iki maşın toqquşdu: yaralananlar var
Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün gündüz saatlarında Bakı-Qazax əsas magistral yolunun 207-ci kilometrliyində, Kürdəmir rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.
Şirvan şəhər sakini, 1978-ci il təvəllüdlü Elnur Nazim oğlu Abdullayevin idarə etdiyi "Mitsubishi" markalı maşın idarəetmədən çıxaraq yol kənarına aşıb. Ağstafa rayon sakini, 1972-ci il təvəllüdlü Kamil Firudin oğlu Nağıyevin idarə etdiyi "VAZ-2106" markalı minik maşını kömək məqsədilə yol kənarında dayanan Şəki rayon sakini, 1963-cü il təvəllüdlü Təmraz Taleh oğlu Sadıqovun idarə etdiyi "VAZ-21014" markalı minik maşınına çırpılıb. Qəzadan sonra hər iki maşın yoldan çıxaraq aşıb. Nəticədə "VAZ-2106"-nın sürücüsü Kamil Nağıyev və sərnişini Məhluqə Nağıyeva müxtəlif xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı