Gəncədə süni mərmər və qranit zavodunun təməli qoyuldu
Gəncədə "NB Satınalma və Ticarət" MMC-yə məxsus “Süni Mərmər və Qranit İstehsalı” zavodunun təməlqoyma mərasimi olub.
APA TV-nin xəbərinə görə, mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, “Süni Mərmər və Qranit İstehsalı” zavodunun direktoru Aqil Həsənov və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.
Giriş sözü ilə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhərdə son illərdə əldə olunan nailiyyətlərdən danışıb. Bildirib ki, Gəncədə sənaye obyektlərinin istifadəyə verilməsi artıq silsilə hal alıb.
“Süni Mərmər və Qranit İstehsalı” zavodunun direktoru Aqil Həsənov 37,5 hektar ərazidə yerləşəcək zavodun bağlı sahəsinin 50 min kvadrat metr olacağını vurğulayıb. Bu sahənin 2016-cı ilin mart ayında "Satınalma və Ticarət" MMC-ə verildiyini qeyd edən direktor bildirib ki, ərazinin təpələrdən və dərələrdən düzəlməsi, hamarlanması və bərkidilməsində 8 ay ərzində 150 nəfər işçi çalışıb. Zavodun Cənubi Qafqazda yeganə süni mərmər və qranit istehsal edəcəyini vurğulayan Aqil Həsənov qeyd edib ki, tikinti materialları ölkə xaricinə də ixrac ediləcək.
Sonra Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev və “Süni Mərmər və Qranit İstehsalı” zavodunun direktoru Aqil Həsənov sənaye obyektinin təməlini qoyub.
Zavodun 2017-ci ilin noyabr ayında istehsala başlayacağı planlaşdırılır. Müəssisədə 400 nəfərdən çox işçi çalışacaq.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı