Rəqqadan Əl Baba 700 canlı bomba gələ bilər

Suriyanın Əl Bab şəhərinə İŞİD terrorçusu olan 700 canlı bomba gələ bilər.

 

APA TV-nin məlumatına görə, buna səbəb ABŞ-ın Rəqqa əməliyyatına yazda başlamasıdır. Bu şəhərdə olan 700 canlı bombanın Əl Baba getmək istədiyi bildirilir.

 

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalını təmizləmək üçün 24 avqustda başlatdığı "Fərat qalxanı" əməliyyatı çərçivəsində İŞİD terror təşkilatı üçün böyük önəm daşıyan Əl Babın xariclə əlaqələrini kəsib, təşkilata yardım gəlməsinin qarşısının alınması planlaşdırılır.

 

"Sözçü"nün xəbərində türk hərbçilərin Cizrə, Sur və Nusaybində olduğu kimi ev-ev terrorçu axtarmayacağı qeyd olunur. "Cerablus, Dabık kimi yaşayış yerlərindəki vəziyyətlə Əl Bab arasında böyük fərq var. Burada terror təşkilatı ilə bağlı geniş kütlə var. Əl Babı nəzarətə götürmək üçün 15 vacib yerin tutulması lazımdır" deyə bölgədəki hərbi mənbə bildirib.

 

Hərbçi Türkiyənin bölgədə sözün həqiqi mənasında tək qaldığını bildirib: "ABŞ və koalisiya qüvvələri 25 gündür hava hərəkatı həyata keçirmir. Nə edilirsə, Türkiyə Silahlı Qüvvələri tərəfindən edilir. ABŞ-ın Rəqqa əməliyyatını ertələdiyini açıqlaması da İŞİD terrorçularını rahatladıb".

 

İŞİD terrorçuları Əl Babdakı 15 vacib bölgəni ələ keçirməyə çalışan türk hərbçilərinə qarşı xüsusilə canlı bomba və bomba yüklü avtomobillərlə ağır itkilər verdirməyi planlaşdırır.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR