Qaxda uşaq bağçasında yanğın oldu

Qaxda körpələr evi-uşaq bağçasında yanğın olub.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, yanğın dekabrın 25-də axşam saatlarında rayonun Cəlayir kəndindəki ümumi sahəsi 252 kv. m olan birmərtəbəli, 7 otaqdan ibarət olan 11 saylı körpələr evi-uşaq bağçasında qeydə alınıb.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində  bağçanın 1 otağının 38 kv. m-lik və dam örtüyünün 50 kv. m-lik hissəsi yanıb. Bağçanın  qalan hissəsi yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.

 

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Vüqar Heydərov

OXŞAR XƏBƏRLƏR