Bayram tətilləri neftin qiymətinə mənfi təsir göstərəcək

Neft ilin son həftəsinə bahalaşmaqla başlayıb.

 

APA TV-nin məlumatına görə, səhər seanslarında "Brent" markalı neft 55,90 dollardan təklif olunur. Bu markadan olan neft şənbə günü səhər satışlarında 55,08 dollardan satılırdı.

 

Qərbi Texas nefti də bahalaşıb. Həftə sonu 53 dolların altına düşən WTİ nefti səhər seanslarında 53,23 dollardan təklif olunur.

 

Xam neftin qiyməti kiçik ölçüdə bahalaşmaqla yarım ilin ən yüksək səviyyəsinə yaxın yerdə qərarlaşıb. OPEK üzvləri yanvarın 1-dən etibarən hasilatı 1,2 milyon barel azaldacaqlar. Bəzi sərmayəçilərin əsas diqqəti ABŞ-dan gələcək iqtisadi xəbərlərdədir. Bu ölkədə quyuların sayı artaraq 523-ə çatıb. ABŞ-da neft istehsalının artması qiymətləri yenidən endirəcək. Çünki qiymətlər 50 dolları keçdikdə, neft hasilatı amerikalı sərmayədarlara sərf edir. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR