Dollar və rubl dəyişmədi, avro bahalaşdı - HƏFTƏNİN İLK MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi dekabrın 23-ü ilə müqayisədə dəyişməyərək 1,7622 manat təşkil edib.

 

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası möhkəmlənərək 1,8438 manat olub.

 

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1637 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində azalma baş verib.


Rusiya rublunun məzənnəsi dəyişməyib, Türkiyə lirəsi ucuzlaşıb, Gürcüstan larisi isə bahalaşıb. Hazırda 1000 rubl 28 manat 90 qəpik, 100 türk lirəsi isə 50 manat 14 qəpik, 100 gürcü larisi 64 manat 37 qəpikdir.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün açıqlayır. Cümə günləri isə üç günlük məzənnə açıqlanır.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR