Obamanın fərmanları ləğv ediləcək - RUSİYANIN TRAMP ÜMİDİ

ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp yanvarın 20-də baş tutacaq inaqurasiyasından sonra Barak Obamanın imzaladığı fərmanların 70 faizini ləğv edəcək.

APA-nın xəbərinə görə, bunu Fox News telekanalına müsahibəsində ABŞ Konqresinin Nümayəndələr Palatasının sabiq spikeri, Trampın ən yaxın adamlarından biri sayılan Nyut Qinqriç bəyan edib.

Onun sözlərinə görə, obyektiv səbəblərdən yenidən baxılacağı və ləğvi mümkün olmayan fərmanlar belə təxirə salınacaq və yaxud ləğv ediləcək. “Buna zəkalı hüquqşünasların köməyi ilə nail olmaq mümkündür”, - deyə N.Qinqriç vurğulayıb.

Xatırladaq ki, Barak Obama Rusiyaya qarşı ağır sanksiyaların tətbiq edilməsini təsdiqləyib.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR