"Tu-154" faciəsi: sağ qalan yoxdur
Dekabrın 25-də Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsi Soçinin Adler aerodromundan Suriyanın Xmeymim aerodromuna uçuş edərkən radarlardan itib.
APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, havaya qalxdıqdan sonra radardan itən "Tu-154"ün göyərtəsində 84 sərnişin və 8 heyət üzvü olub.
Məlumata görə, ekipajla 20 dəqiqə sonra əlaqə kəsilib.
Təyyarənin göyərtəsində Aleksandrov adına ansamblın musiqiçiləri və jurnalistlər olub. Musiqiçilər Xmeymim aerodromunda Yeni il konsert proqramı ilə çıxış etməyi planlaşdırıbmış.
Rusiya mətbuatının məlumatına görə, “Tu-154” təyyarəsinin qalıqları Qara dənizdə Soçi sahillərindən 1,5 km uzaqlıqda, 50-70 metr dərinlikdə aşkarlanıb.
Axtarışlar nəticəsində “Tu-154” tipli təyyarənin 11 sərnişinin meyiti tapılıb.
Axtarış əməliyyatları davam edir.
Təyyarənin qalıqları sahilboyu 1,5 km-dən 6 km-ə qədər məsafədə səpələnib.
Rusiyanın nəqliyyat naziri Maksim Sokolov qəzada bütün heyətin həlak olduğunu bildirib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı