Tovuzlu bəyin toy karvanı - GƏNCƏ "BELARUS"LARI

Tovuzda toy maşını karvanının qeyri adiliyi ilə diqqət çəkib. APA TV-nin Qərb bürosunun məlumatına görə, rayonun Aşağı Quşçu kəndində baş tutan toyda gəlini gətirməyə gedən avtomobil 5 ədəd Gəncə Avtomobil Zavodunun istehsalı olan "Belorus" traktoru ilə müşayiət olunub.

Traktorlar toy karvanına xüsusi bəzək verməklə yanaşı, görənlərin də marağına səbəb olub. Təzə bəy Həsən Səmədli dostlarının onun toy mərasiminə olan sürprizindən son anda xəbərdar olduğunu deyib.

Traktorlar maşın karvanı ilə kəndin küçələrində yaddaqalan anlar yaşadıblar. 

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR