Əli Həsənov: "Prezident Azərbaycanı azad mediasız təsəvvür etmir"
Dünya Azərbaycanlılarının Həmrəyli və Yeni il münasibətilə Azərbaycan Prezidenti yanında Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən elan olunan fərdi jurnalist yazısı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, media Azərbaycan cəmiyyətinin ən nüfuzlu institutlarından biri səviyyəsindədir. O, KİVDF vasitəsilə medianın inkişafına 28 milyon manata yaxın vəsait ayrıldığını xatırladıb. Əli Həsənov prezident İlham Əliyevin Azərbaycanı azad mediasız təsəvvür etmədiyini deyib:
"Media qurumlarının borcları silinib, media dövlətin bütün qayğı mexanizmlərindən istifadə edir. Dövlət tərəfindən jurnalistlər üçün evlər tikilib və tikilməkdə davam edir. Dövlət bütün bunları ona görə edir ki, siz Azərbaycan cəmiyyətindəki ictimai rolunuzu bundan sonra bacarıqla həyata keçirə biləsiniz. Dövlət daim jurnalistlərin qayğısına qalır. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında medianın mühüm rolu var".
KİVDF sədri Vüqar Səfərli isə öz çıxışında bildirib ki, fond ildə 3 dəfə müsabiqə keçirir. Ümumilikdə 10 müsabiqədə 600-ə qədər jurnalist iştirak edib və 400-ə qədər jurnalist mükafatlandırılıb.
Mətbuat Şurasının sədri Əflatun Amaşov isə qeyd edib ki, Azərbaycan jurnalistləri bugünkü qədər güclü olmayıb. Azərbaycan mətbuatını güclü institut hesab edən Mətbuat Şurasının sədri Azərbaycan jurnalistləri adından prezident İlham Əliyevi ad günü münasibəti ilə təbrik edib.
Daha sonra qaliblərə mükafatlar təqdim edilib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı