"Gələcəyin ünvanı: Prezident İlham Əliyevin islahatlar strategiyası" mövzusunda konfrans keçirilib

Bakıda "Gələcəyin ünvanı: Prezident İlham Əliyevin islahatlar strategiyası" mövzusunda konfrans başlayıb.

 

APA TV -nın məlumatına görə, Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə keçirilən konfransa dövlət və hökumət nümayəndələri, millət vəkilləri qatılıb. Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov  çıxışında bildirib ki, prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycanı möcüzəvi yüksəkliklərə qaldırıb.

 

"Hazırda dünyanın 200 dövləti arasında Azərbaycan 70-ci yerdə dayanır: "Bu, Azərbaycanın qürur mənbəyini formalaşdıran amillərdən biridir. XX əsrin son onilliyində Azərbaycanda iqtisadi tənəzzülün qarşısının alınması və gələcək inkişafın təmin edilməsi ümummilli lider Heydər Əliyevin uğurlu iqtisadi strategiyasının nəticəsi idi. Eyni fikirləri Azərbaycanın XXI əsrdə iqtisadi inkişafı haqqında da demək olar. Cənab prezident İlham Əliyev  tərəfindən həyata keçirilən iqtisadi islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı dünyanın ən sürətli və dinamik inkişaf edən iqtisadiyyatına çevrildi və illər boyu bu statusu qoruyub saxladı".

 

Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov çıxış edərək ”ASAN Xidmət” in yaradılmasının  korrupsiyaya qarşı mübarizə sahəsində uğurlu bir model olduğunu bildirib.

 

"Azərbaycan prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkə daha da inkişaf edib: “Azərbaycan prezidenti cənab İlham Əliyev  tərəfindən dövlət idarəetmə sahəsində genişmiqyaslı islahatlar həyata keçirilir. 4 il öncə yeni bir qurum – “ASAN Xidmət” yaradılıb. "ASAN Xidmət"in yaradılmasında məqsəd dövlət orqanlarının fəaliyyətində şəffaflığın, dövlət orqanlarının fəaliyyətində elektronlaşmanı təmin etmək olub. “ASAN Xidmət” dövlət xidmətlərinin göstərilməsində yeni düşüncə tərzi gətirib".


İ. Kərimov qeyd edib ki, yaxın vaxtlarda Bakıda Bakıda “ASAN Kommunal” mərkəzləri, habelə “ASAN Qatar” xidməti fəaliyyətə başlayacaq.

 

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı isə  bu ilin dekabrın əvvəlində prezident İlham Əliyevin  dayanıqlı inkişafın yol xəritəsi sənədini təsdiq etdiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

 

2010-cu ildən bəri ölkədə qeyri-neft sektounda ÜDM istehsalı ikiqat artıb. "Qısa müddətdə görülən tədbirlər nəticəsində ölkədə əhalinin rifah halı yaxşılaşıb. Ölkədə görülən tədbirlər nəticəsində Azərbaycan aşağı gəlirlər ölkəsindən, orta gəlirli ölkələr sırasına daxil olub. Statistikaya əsasən, Azərbaycanda orta gəlirli əhalinin sayı 29 faizə yaxınlaşıb".

R. Aslanlı 2016-cı ili postneft iqtisadiyyatının qurulması ili adlandırıb. 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR