Tövləyə girdilər, çəkisi ən ağır gələn buğanı seçib apardılar - OĞURLUQ
Goranboyda oğurluq olub. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Səfikürd kəndində İlhamə Səfərovaya məxsus təsərrüfatda qeydə alınıb. Gecə saatlarında tövləyə girən şəxs və ya şəxslər orada olan 5 baş mal-qaradan ən ağır çəkilisini aparıblar.
Səhər erkən heyvanları örüşə çıxarmağa gələn sahibi iribuynuzlulardan birini bağladığı yerdə görməyib. Tövlənin yaxınlığında itlər olsa da, çağırılmamış qonaqlar 250 kiloqram diri çəkisi olan kökəltmədə olan buğanı oğurlaya biliblər. İlhamə Səfərovanın sözlərinə görə, buğa bir kilometrə yaxın məsafədə aparıldıqdan sonra kəndin çıxışında avtomobilə mindirilib. Hadisə yerinə Goranboy rayon Polis Şöbəsinin əməkdaşları baxış keçirib. Fakt araşdırılır.
OXŞAR XƏBƏRLƏR
13:58
1667
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
1819
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
1784
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1127
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1218
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1154