Ərdoğan: "Dollar oyununu təkcə bizə qarşı deyil, Rusiyaya, Azərbaycana qarşı da oynayırlar"
"Bəzi qüvvələr valyuta fırıldaqları ilə iqtisadiyyatımızı çökdürmək istəyir". Bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib. O bildirib ki, dolların kursunun süni şəkildə artırılmasının arxasında siyasi məqsədlər dayanır:
"Ölkə daxilində və xaricində terrorçuluğa qarşı necə israrlı mübarizə aparırıqsa, iqtisadiyyatımızı inkişaf etdirmək üçün də eyni israrla çalışmalıyıq. Mən vətəndaşlara müraciət edərək valyutalarınızı lirəyə çevirin dedim. Çünki bəziləri valyutaların kursunu süni şəkildə qaldırmaqla iqtisadiyyatımıza zərbə vurmaq istəyirlər. Amma dolların bahalaşması üçün heç bir rasional səbəb yoxdur. Dolları bahalaşdıranların məqsədi siyasi əməliyyatlara əsas hazırlamaqdır. Bu oyun təkcə Türkiyəyə qarşı oynanılmır, qonşu dövlətlərə qarşı da həyata keçirilir. Rusiyaya, Çinə, Azərbaycana qarşı. Biz bu planları pozacağıq".
Türkiyə prezidenti bildirib ki, xarici ticarət əməliyyatlarında yerli valyutalardan istifadə etməklə dolların iqtisadiyyata təzyiqini azaldacaqlar.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı