Ermənistanda içərisi əsgər dolu avtobus yandı - QARABAĞA GEDİRDİLƏR

Ermənistandan Azərbaycanın işğal olunmuş ərazilərinə əsgərləri daşıyan avtobus yanıb. APA TV-nin məlumatına görə, bu barədə erməni mətbuatı yazıb.


Dekabrın 23-də, yerli vaxtla saat 15:55-də bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub.

Hadisə Ermənistanın Ararat vilayətinin Erasxavan kəndi ərazisində qeydə alınıb. Yanğın yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, yanğın bir saat müddətində söndürülüb.

Külə dönən 23 OU 437 dövlət nömrə nişanlı "Mitsubishi Rosa" markalı avtobusun içərisində olan əsgərlərdən heç birinin xəsarət almadığı deyilir. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR