Bakıda yağış, bölgələrdə qar yağacaq

Dekabrın 25-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 2-4, gündüz  6-8 dərəcə, Bakıda gecə 2-4, gündüz  6-8 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. 

    

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR