NATO diplomatının müəmmalı ölümü: Sui-qəsd, yoxsa intihar?
NATO-nun baş müfəttişinin meyiti tapılıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, İv Şandelonun meyiti dekabrın 23-də, yaşadığı Lans şəhərindən 100 kilometr, iş yerindən isə 140 kilometr məsafədə yerləşən Anden şəhəri yaxınlığında aşkarlanıb.
O, başından güllə yarası alıb. Hadisənin qətl və ya intihar olmasını Namyur vilayət prokurorluğu araşdırılır.
İlkin ehtimala görə, NATO əməkdaşı özünə qəsd edib. Onun yanında vida məktubu tapılıb.
60 yaşlı İv Şandelonun avtomoblindən 3 başqa-başqa markadan olan silah götürülüb. Bundan əlavə onun yanından qeydiyyatda olmayan bir tapança da aşkarlanıb. Atəş məhz həmin tapançadan açılıb.
Şandelon NATO-da terror təşkilatlarının maliyyələşdirilməsinə qarşı mübarizə ilə məşğul olub. O, bir müddət əvvəl bildirib ki, telefonuna naməlum şəxslər tərəfindən zənglər gəlib.
Türkiyə mətbuatı isə İv Şandelonun meyitinin bir həftə əvvəl aşkarlandığını, bu şübhəli ölümün mediadan gizlədildiyini yazır. Xəbərdə qeyd olunur ki, İv Şandelon solaxay olub, meyit tapılanda isə silah onun sağ əlində olub.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı