Federal Təhqiqat Bürosu: İŞİD ABŞ-da bayram ərəfəsində terror törədə bilər

Federal Təhqiqat Bürosu İŞİD terror təşkilatının ABŞ-da Yeni İl ərəfəsində terror aktları törədə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

 

APA TV-nin məlumatına görə, FTB bildirib ki, bir neçə onlayn resursda ABŞ kilsələrində terror aktlarının keçirilməsi ilə bağı çağırışlar edilib. Bununla bağlı xəbərdarlıq yayan FTB bildirib ki, hazırda situasiya nəzarət altındadır, təhlükənin nə dərəcədə həqiqətəuyğun olduğunu araşdırılır.

 

Qeyd edək ki, İŞİD terror təşkilatının  dəstəkləyən saytlarda ABŞ kilsələrinin siyahısı dərc olunub.  FTB və ABŞ Daxili Təhlükəsizlik Nazirliyinə mümkün terror aktları ilə bağlı xəbərdarlıq edilib.

 

Eyni zamanda ABŞ Dövlət Departamenti terror təhlükəsi ilə bağlı vətəndaşlarını İordaniya və Misirin ayrı-ayrı bölgələrinə səfər etməkdən çəkinməyə çağırıb.

 

Qeyd edək ki, Nyu-York, Çikaqo və San-Fransiskoda Berlində baş verən terror aktından sonra bayram yarmarkalarında təhlükəsizlik tədbirləri gücləndirilib. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR