Bayram tətilləri neftin qiymətinə mənfi təsir göstərəcək

Birjalarda neft həftəni yüksək qiymətlə başa vurub. Son seans ərəfəsində "Brent" markalı neftin ən yüksək qiyməti 55,20 dollar təşkil edib. Həftənin son hərracında isə qiymət 55,08 dollar olub. Qərbi Texas nefti də həftəni maksimum qiymətlə bitirib. Gün ərzində qiymət artımı tendensiyasını qoruyan WTİ nefti son hərracda 53,23 dollardan təklif olunub. Qeyd edək ki, son 52 həftə ərzində WTİ neftinin maksimum qiyməti 54,51 dollar təşkil edib.

 

Analitiklər hesab edir ki, Milad bayramı tətilinin başlaması neftin qiymətinə mənfi təsir edəcək. Bayram tətilində bir çox iş yerlərinin bağlı olması neftə olan tələbatı azaldır, bu isə onsuz da təklifin yüksək olduğu bazarda qiymətlərin aşağı düşməsinə səbəb ola bilər. Nefti ucuzlaşdıracaq digər amillər də bazara təsirinin saxlamaqdadır. Bunlar FES qərarından sonra dolların mərhələli şəkildə güclənməsi və Liviyada neft hasilatının artacağına dair gözləntilərdir. Treyderlərin bayramla əlaqədar neft alışını azaltması gələn həftə neftin qiymətinə təsir edəcək əsas amil hesab olunur. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR