Balakəndə polis əməkdaşının evi yandı: 3 yaşlı uşaq yanaraq öldü
Balakəndə fərdi yaşayış evi yanıb, 3 yaşlı uşaq yanaraq ölüb. APA TV-nin yerli bürosunun məlumatına görə, dekabrın 23-ü saat 19:20 radələrində Balakən şəhərinin Daanov küçəsində Səltənət Məhəmməd qızı Məmmədovaya məxsus, ümumi sahəsi 180 kv.m olan 4 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsindən evin yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə yanıb.
Yanğın kəşfiyyatı zamanı 3 yaşlı Ramal Amil oğlu Alagözovun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.
Qeyd edək ki, yanğın zamanı ölən azyaşlının atası Amil Alagözov mühafizə polisində polis nəfəri vəzifəsində çalışır.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı