Ərdoğan: “Əl-Bab əməliyyatının bitməsinə az qaldı”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın Əl-Bab şəhərində gedən döyüşlərdən danışıb. APA TV-nin məlumatına görə, İzmirin Kiraz qəsəbəsində yerli sakinlər qarşısında çıxış edib. Prezident deyib ki, Türkiyə terrorla bir neçə cəbhədə mübarizə aparır. “Böyük dövlət belə günlərdə bəlli olur. Böyük dövlət bu əməliyyatlarda bəlli olur”, - Ərdoğan deyib.
Türkiyə prezidenti Kilis və Qaziantepdəki terror aktlarını xatırladıb və Türkiyənin Suriyaya girməyə məcbur olduğunu bildirib.
Türkiyənin müdafiə naziri Fikri İşık isə İzmitdə Əl Bab əməliyyatının gedişi barədə məlumat verib. Nazir deyib ki, strateji yüksəklik azad edilib.
Müdafiə naziri deyib ki, terror haradadırsa, təhdid haradan gəlirsə, “ora qədər getmək və terrorçuların başını orada əzmək Türkiyənin prioritetidir”.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı