BMT qətnamə qəbul etdi, İsrail onu qərəzdə günahlandırdı
BMT Təhlükəsizlik Şurası İsraildən Fələstin ərazilərində yaşayış məskənlərinin inşasına son qoymağı tələb edib. APA TV-nin məlumatına görə, bununla əlaqədar BMT Təhlükəsizlik Şurasında qətnamə qəbul edilib.
Sənəddə qeyd edilir ki, tərəflər dinc əhaliyə qarşı zorakılıq aktlarının qarşısını almaq üçün addımlar atmalı, Fələstinin yekun statusu ilə bağlı etibarlı danışıqların başlamasına səy göstərməlidirlər.
Qətnamənin lehinə Təhlükəsizlik Şurasının 14 üzvü səs verib.
İsrail tərəfinin cavabı özünü çox gözlətməyib. Baş nazir Benyamin Netanyahunun mətbuat katibliyi bəyan edib ki, Təl-Əviv BMT Təhlükəsizlik Şurasının yaşayış məskənlərinə dair qətnaməsinə əməl etməyəcək: “İsrail BMT Təhlükəsizlik Şurasının qərəzlə dolu qətnaməsini rədd edir və ona əməl etmək niyyətində deyil”.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı