Türk qırıcıları İŞİD-in 18 komandirini məhv etdi
“Fərat qalxanı” hərəkatı çərçivəsində həyata keçirilən hava hücumu zamanı İŞİD terror təşkilatının Əl-Babdakı qərargahına zərbələr endirilib. APA TV xəbər verir ki, bu barədə məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
Məlumatda deyilir ki, Azad Suriya Ordusunun hücuma keçdiyi Əl-Babda İŞİD-in yüksək vəzifəli nümayəndələrinin iştirakı ilə toplantının keçirildiyi qərargahı Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vurulub. Nəticədə 18 terrorçu məhv edilib. Onların arasında yüksək vəzifəlilər də var. Əməliyyat uğurla başa çatıb və təyyarələr geri qayıdıblar.
OXŞAR XƏBƏRLƏR
13:58
1667
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
1819
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
1784
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1127
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1218
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1154