Dollar, avro və rubl bahalaşdı - HƏFTƏNİN SON MƏZƏNNƏSİ
Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi dekabrın 22-si ilə müqayisədə möhkəmlənərək 1,7622 manat təşkil edib.
Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası möhkəmlənərək 1,8412 manat olub.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1649 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində azalma baş verib.
Rusiya rublu, Türkiyə lirəsi və Gürcüstan larisi isə bahalaşıb. Hazırda 1000 rubl 28 manat 90 qəpik, 100 türk lirəsi isə 50 manat 23 qəpik, 100 gürcü larisi 64 manat 27 qəpikdir.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün açıqlayır. Cümə günləri isə üç günlük məzənnə açıqlanır.
OXŞAR XƏBƏRLƏR
13:58
1695
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
1847
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
1812
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1129
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1220
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1157