Əsəd: "Hələbin alınması Rusiya ilə İranın qələbəsidir"
"Hələbin geri alınması Rusiya və İranın qələbəsidir". APA TV-nin "Reuters"ə istinadən məlumatına görə, bu sözləri Bəşər Əsəd deyib.
Suriya prezidenti əlavə edib ki, bu, həm də terrorizm üzərində əsaslı qələbədir və müharibənin sona çatacağına işarədir.
Xatırladaq ki, Suriyanın ən böyük şəhərlərindən olan Hələbin böyük bir hissəsi 4 il müddətində Əsədə müxalif olan qüvvələrin nəzarətində olub. Şəhər bir neçə gün əvvəl qanlı döyüşlər və bombardman nəticəsində yenidən Dəməşq hökumətinin nəzarətinə keçib. Hələbin alınmasında Rusiya hərbi kontingentinin xüsusi rolu olub.
Rusiya HHQ-nin aviazərbələri Qərb tərəfindən kəskin tənqidə məruz qalıb.
OXŞAR XƏBƏRLƏR
13:58
1695
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
1846
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
1812
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1129
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1220
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1157