“Fəth ordusu”: Rusiya səfirini biz öldürməmişik
“Ceyş əl-Fəth” ("Fəth ordusu") hərbi qruplaşması Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlində əlinin olmasını təkzib edib. APA TV-nin məlumata görə, bu barədə terrorçuların fəaliyyətinin monitorinqi ilə məşğul olan SITE Intelligence Group təşkilatı məlumat verib.
Məlumata əsasən, qruplaşma bundan əvvəl yayılan məlumatları saxta adlandırıb. Dekabrın 21-də “As-Sumariya” telekanalı xəbər verib ki, “Ceyş əl-Fəth” hərbi qruplaşması Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlinə görə məsuliyyəti üzərinə götürüb.
“Ceyş əl-Fəth” ("Fəth ordusu") Suriyanın İdlib şəhərində müxalif qrupların bir araya gələrək yaratdığı qruplaşmadır. Qruplaşmanın tərkibinə “Əl Nüsra Cəbhəsi”, “Əhrar-uş-Şam”, “Liva əl-Haqq”, “Şam Legionu”, “Cund əl-Aksa”, “Ceyşül Sünnət” və “Əcnəd əl-Şam” qrupları daxildir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bir daha bəyan edib ki, Rusiya səfirinin qətlinin təşkilatçısı və icraçısı Fətullahçı terror təşkilatıdır.
Xatırladaq ki, dekabrın 19-da Ankaradakı Müasir İncəsənət Mərkəzində Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov qətlə yetirilib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı