Bakıda avtobus piyadanı vurub öldürdü
Bakıda sərnişin avtobusu yolu keçmək istəyən piyadanı vuraraq öldürüb. APA TV-nin məlumatına görə, hadisə Hövsan qəsəbəsi ərazisində baş verib.
132 saylı marşrut xətti üzrə Əhmədli qəsəbəsindən Hövsan qəsəbəsi istiqamətində hərəkət edən “Daewoo” markalı avtobus Hövsan Olimpiya İdman Kompleksinin qarşısında yolu keçmək istəyən piyadanı vurub. Hələlik şəxsiyyəti məlum olmayan kişi piyada aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib. Hadisə şahidləri piyadanı xəstəxanaya çatdırmağa çalışsalar da, artıq gec olub.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinə məlumat verilib. Polis əməkdaşları hadisə yerində müayinələr aparıblar. Avtobusun sürücüsü Məhərrəm Paşayev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
13:58
1734
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
1883
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
1846
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1130
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1220
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1157