Artıq çəkidən qurtarmaq üçün unikal yol - BARİATRİK CƏRRAHİYYƏ
"Bu gün bütün dünyada artıq çəki, piylənmə, metabolik xəstəliklər və diabetdən əziyyət çəkən xəstələrə bu xəstəliklərdən birdəfəlik, daimi qalıcı effekt verən, daha dəqiq tək metod sayIlan bariatrik cərrahiyyə tətbiq olunur".
APA TV-nin məlumatına görə bu fikirləri "Modern hospital”ın təşkilatçılığı ilə "Biz yaşamağa başladıq" layihəsinin bir illiyi münasibəti ilə təşkil olunan tədbirdə Azərbaycan Bariatrik və Metabolik Cərrahlar İctimai Birliyinin sədri, laparoskopik bariatrik-metabolik cərrah Tariyel Ömərov deyib.
Onun sözlərinə görə, son 10 ildə bir çox dünya dövlətlərində aparılan araşdırmalar nəticəsində bariatrik cərrahi proseduralardan sonra xəstələrin həyat fəaliyyətinin 65 faiz yaxşılaşması və ən əsası yaşama müddətinin 15 il daha uzanması, eyni zamanda sağlıq həyat sürməsi qənaətinə gəlinib.
Mütəxəssis bu xəstəliklərdən əziyyət çəkən şəxslərə Bakıda "Modern hospital” nəzdində Bariatrik və Metabolik Cərrahiyyə Mərkəzində keçirilən əməliyyatların əhəmiyyətindən danışıb. O, qeyd edib ki, artıq 143 pasientə uğurlu əməliyyat tətbiq olunub.
Mərkəzdə mütəxəssislər tərəfindən hər bir xəstəyə fərdi olaraq yanaşılır, xəstənin durumu bariatrik cərrah, endokrinoloq və dietoloq tərəfindən dəyərləndirilir, bundan sonra ona hansı cərrahi proseduranın daha qalıcı effekt verəcəyi haqda məlumat verilir: "Bədən kütlə indeksinin və yanaşı gedən xəstəliklərin varlığı əməliyyat zamanı daha çox diqqət çəkən məqamlardandır. Biz bu gün bir sosial mesaj verməyə çalışırıq. Bədən kütlə indeksi 35-in altında olanlar əməliyyat olunmasın, bu əməliyyata gözəllik xətrinə qərar verilməsin. Bu əməliyyat mən istədiyimi yeyim və istədiyim çəkidə qalım məqsədi ilə də edilməməlidir. Bu əməliyyat gözəllik yox, sağlamlıq əməliyyatıdır. Bu, xəstəlikdən yaxa qurtarmaq əməliyyatıdır. "Biz yaşamağa başladıq" adlı layihənin əsas məramı bir suala cavab tapmaqdır - doğrudanmı biz əməliyyatdan sonra yaşamağa başladıq?”
Tariyel Ömərov qeyd edib ki, günümüzdə artıq dünya mütəxəssislərinin apardıqları cərrahi proseduralar arasında "Mədə balonları" və "Mədə bantları"ndan daimi effekt vermədiyinə, ağırlaşmalar yaratdığına görə demək olar ki, istifadə olunmur. Bu proseduralar öz yerini daha dəqiq , daha effektiv və ən əsası daimi qalıcı effekt verən bariatrik cərrahiyyə proseduralara verib: "Əməliyyatlar laparoskopik yolla həyata keçirilir və sonrakı dövrdə heç bir kosmetik yara defekti qalmır. Xəstələrin piylənmə dərəcəsi ilə yanaşı, xəstəliklərin olması, metabolik sindrom, eyni zamanda diabet faktoru nəzərə alınmaqla uyğun cərrahi müalicə tətbiq olunur. Əməliyyatlardan sonrakı dövrdə xəstələr 1-3 gün stasionar müalicə alır, sonra evə yazılır".
Tədbirin iştirakçısı 23 yaşlı Tural Cəfərquliyevin bir il öncə 162 kiloqram çəkisi olub. Bariatrik cərrahiyyədən sonra çəkisi 74 kiloqrama düşüb: "Əməliyyata özüm qərar verdim. Gəldim həkimlə məsləhətləşdim. Müayinədən keçdim. İki aydan sonra əməliyyat olundum. Avqustun əməliyyat olunmuşam. İndi özümü çox yüngül, rahat və xoşbəxt hiss edirəm".
Tədbirdə bariatrik əməliyyatların tarixi barədə də geniş məlumat verilib. Bu sahədə ən böyük uğur 1996-cı ildə qeydə alınıb. “National Institutes of Health” jurnalı bariatrik cərrahiyyəni artıq çəkidən əziyyət çəkən xəstələr üçün ideal metod olduğunu açıqlayıb. İndiyə kimi dünyada 1 milyondan çox bariatrik cərrahiyyə əməliyyatı aparılıb.
Bariatrik cərrahiyyə əməliyyatı nəticəsində xəstələr heç bir əlavə iş görmədən sağlıqlı şəkildə çəki itirilər. Cərrahi prosedurdan asılı olaraq xəstənin çəki itirmə sürəti orta hesabla ayda 12-30 kiloqramdır. Əgər siz də piylənmə, metabolik xəstəliklər, diabet və s. xəstəliklərdən əziyyət çəkirsinizsə, idman, dieta, dərmanlar çəki atmaq üçün effekt vermirsə, onda "Modern Hospital”ın Bariatrik Cərrahiyyə Mərkəzinə müraciət edə və həyata daha sağlam düşüncə ilə baxa bilərsiniz.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı