İŞİD türk ordusuna hücum etdi: 3 əsgər öldü, 11 yaralı var
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi "Fərat qalxanı" əməliyyatının 120-ci günündə İŞİD hərbçilərə hücum edib.
APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İŞİD Əl Bab qəsəbəsi yaxınlığında hərbçilərin səhra xəstəxanasının yerləşdiyi ərazini atəşə tutub.
Baş verən atışmada xeyli sayda terrorçunun məhv edildiyi deyilir. Türk ordusunun da 3 şəhid verdiyi bildirilir, 11 əsgər isə yaralanıb. Hazırda şəhid əsgərlər və yaralılar Türkiyə sərhədinə aparılır, amma hava şəraitinin əlverişsiz olması səbəbindən gecikmə olduğu vurğulanır. Onları Kilis və Qaziantepdəki xəstəxanalara çatdırmaq üçün bölgəyə helikopterlər də cəlb olunub.
OXŞAR XƏBƏRLƏR
13:58
1749
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
1898
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
1862
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1132
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1223
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1159