Rusiyanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb - SƏFİRİN QƏTLİNƏ GÖRƏ
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsi ilə əlaqədar Rusiyanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb.
APA TV-nin məlumatına görə, artıq səhər saatlarından açılan xatirə kitabına Almaniya, Kuba, Hindistan və digər ölkələrin səfirləri, eləcə də deputatlar, ölkə ictimaiyyətinin nümayəndələri ürək sözlərini yazıb, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Daroxinə başsağlığı diləklərini çatdırıblar.
Azərbaycan hökuməti adından baş nazirin birinci müavini Yaqub Eyyubov səfirliyə gələrək xatirə kitabına ürək sözlərini yazıb. O, Rusiya səfirinə Andrey Karlovun ölümü ilə bağlı başsağlığı verib, Azərbaycan və Rusiyanın hər zaman birlikdə olduğunu və olacağını deyib.
Qeyd edək ki, kitab bu gün saat 10.00-dan 13.00-dək və sabah saat 10.00-dan 13.00-dək açıq olacaq.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı