Bakıda Rusiya səfirliyi ətrafında təhlükəsizlik tədbirləri gücləndirildi - SƏBƏB
Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun ötən gün sui-qəsd nəticəsində öldürülməsi ilə əlaqədar Rusiyanın Azərbaycandakı səfirliyində bayraq endirilib. APA TV-nin məlumatına görə, bundan əlavə, hadisə ilə əlaqədar sıravi vətəndaşlar səfirliyin önünə güllər düzüblər.
Səfirlik ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Səfirin ölümü ilə əlaqədar səfirlikdə anım kitabı da açılacaq.
Xatırladaq ki, ötən gün axşam Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən “Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Rusiyanın bu ölkədəki səfiri Andrey Karlov qətlə yetirilib.
Hadisəni törədən polis əməkdaşı Mert Altıntaş təhlükəsizlik əməkdaşları tərəfindən zərərsizləşdirilib.
OXŞAR XƏBƏRLƏR
13:58
1765
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
1911
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
1874
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1135
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1225
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1162