"Pojik" partlatdı, barmaqları amputasiya olundu - BƏDBƏXT HADİSƏ
Zaqatalada bədbəxt hadisə nəticəsində gənc oğlanın əl barmaqları amputasiya olunub. APA TV-nin yerli bürosunun məlumatına görə, dekabrın 19-da rayonun Zəyəm kənd sakini, 1991-ci il təvəllüdlü Nurlan İbrahim oğlu İsayev evdə yeni il şənliyində istifadə etmək üçün el arasında “pojik” kimi tanınan partlayıcı qurğu düzəldib.
N. İsayev düzəltdiyi partlayıcı qurğunun necə işlədiyini yoxlayan zaman qurğu əlində dağılıb. Nəticədə onun sol əlinin barmaqları ciddi xəsarət alıb.
N. İsayev Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparılıb.
Xəstəxanadan APA TV-yə bildirilib ki, N. İsayevin sol əli üzərində cərrahiyə əməliyyatı aparılıb və iki barmağı dibdən, bir barmağı isə uc hissədən amputasiya olunub. Müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılan xəstənin hazırda vəziyyəti orta-stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı