Azərbaycan prezidenti: “Bu qanlı terror cinayətini qətiyyətlə və qeyd-şərtsiz pisləyirik”
Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə başsağlığı verib. APA TV-nin məlumatına görə, prezidentin başsağlığı məktubunda deyilir: “Rusiya Federasiyasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Andrey Gennadyeviç Karlovun faciəli ölümü barədə xəbər məni dərindən sarsıtdı. Biz bu qanlı terror cinayətini qətiyyətlə və qeyd-şərtsiz pisləyirik. Sizə, həlak olmuş səfirin ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.
Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Ankarada iştirak etdiyi rəsm sərgisi açılışında güllələnib. Səfir aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.
OXŞAR XƏBƏRLƏR
13:58
1771
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
1915
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
1878
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1135
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1225
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1164