Ağstafada 3 piyada vuruldu: qadın öldü, oğlu və nəvəsi ağır vəziyyətdədir
Ağstafada avtomobil üç piyadanı vurub. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun 468-ci kilometrliyində, Ağstafa rayonu ərazisində qeydə alınıb.
Rayon sakini 24 yaşlı Rəşad İsmayılov idarə etdiyi “VAZ 2105” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən bir ailənin 3 üzvünü vurub. Qəza zamanı Ağstafa şəhər sakini 57 yaşlı Səlminaz Tağıyeva hadisə yerində ölüb, onun oğlu 33 yaşlı Əvəz Tağıyev və nəvəsi, 15 yaşlı Tunar Tağıyev isə müxtəlif dərəcələri xəsarətlərlə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
13:58
1771
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
1915
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
1878
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1135
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1225
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1164