İordaniyada terror: 9 ölü var, girovlar qədim qəsrdə saxlanılır

İordaniyanın Əl-Karak şəhərində polislə silahlılar arasında baş verən atışma nəticəsində 9 nəfər ölüb.

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, hadisə zamanı 5 polis və biri kanadalı turist olmaqla, 4 mülki şəxs ölüb.

Müxtəlif məlumatlara əsasən, silahlıların hücumu nəticəsində 30 nəfər yaralanıb.

Qeyd edək ki, bu gün İordaniyanın Əl-Karak şəhərində bir qrup silahlı polis postuna hücum edib. Baş verən atışmadan sonra silahlılar bir neçə nəfəri girov götürərək yaxınlığdakı qədim qəsrdə gizləniblər.  

Girovların azad edilməsi və silahlı qrupun zərərsizləşdirilməsi əməliyyatı davam edir.

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR