Rusiyada daha iki İŞİD üzvü tutuldu
Rusiya FTX-nin əməkdaşları Samarada iki İŞİD terrorçusunu yaxalayıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, ələ keçən şəxslər Orta Asiya respublikalarından birinin vətəndaşlarıdır.
Əməliyyat Samara şəhərinin Zubçaninovka qəsəbəsində keçirilib.
Terrorçuların yaşadığı mənzildə axtarış aparılıb və kustar üsulla hazırlanmış partlayıcı qurğular aşkarlanıb.
Terrorçu olduqları artıq sübut olunan şəxslərin birinin 24, digərinin 21 yaşı var. Onlar Samarada kommersiya firmalarında mebel ustası kimi çalışıblar. Bununla yanaşı onlar Rusiyada öz həmyerlilərini terror təşkilatına cəlb etməkdə də şübhəli bilinirlər.
OXŞAR XƏBƏRLƏR
13:58
1856
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
1989
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
1960
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1138
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1230
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1169