Cəlilabadda ev partladı: 73 yaşlı kişi yanaraq öldü
Cəlilabadda bir nəfərin ölümü ilə nəticələnən qaz partlayışı olub. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhərinin Azərbaycan prospektində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.
Evin hamamında qaz sızması nəticəsində partlayış olub. Baş verən yanğın nəticəsində hamamda çimən ev sahibi, 73 yaşlı Balaxan Mirzəyev yanıq xəsarətləri alıb. Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralıya ilkin tibbi yardım göstərilib. Lakin vəziyyəti ağırlaşdığından, Bakıya Respublika Yanıq Mərkəzinə yola salınıb. Bununla belə, həkimlər Balaxan Mirzəyevin həyatını xilas edə bilməyiblər. Xəstəxanada dünyasını dəyişən 73 yaşlı kişi ötən gün rayona gətirilərək torpağa tapşırılıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
13:58
1862
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
1993
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
1974
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1139
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1232
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1170