Azərbaycan və Ermənistan prezidentlərinin görüşü bu il keçirilə bilər - AÇIQLAMA
“Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı növbəti görüşünün ilin sonunadək keçirilməsi planlaşdırılır”.
APA TV-nin xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Popov deyib. Həmsədr bu gün Azərbaycan prezidenti ilə keçirdikləri görüşdə müzakirə olunan məsələlərdən birinin də görüşlə bağlı olduğunu deyib.
İqor Popov bildirib ki, Azərbaycan prezidenti belə bir görüşün keçirilməsinə razılıq verib: “Bu gün İrəvana yola düşəcəyik. Orada bu məsələni Ermənistan prezidenti Serj Sərkisyanla müzakirə edəcəyik. Ermənistanda bu məsələ müzakirə olunandan sonra rəsmi bəyanat yayılacaq. Biz ümid edirik ki, görüş ilin sonunadək keçirilə bilər”.
Görüşün hansısa tədbir çərçivəsində planlaşdırılması barədə suala rusiyalı həmsədr hazırda bunun üzərində işlədiklərini deyib.
OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI