Bakıda 12 milyon manatlıq narkotik yandırıldı
Bu gün 199 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 473 kq-dan artıq müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr aidiyyəti təşkilatların iştirakı ilə yandırma üsulu ilə məhv edilib.
APA TV-nin məlumatına görə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Fəqan Şahverdiyev deyib ki, 264 kq 252,778 qr marixuana, 164 kq 542,743 qr tiryək, 27 kq 446,626 qr heroin, 16 kq 542,743 qr həşiş qətranı, 1 kq-dan artıq psixotrop maddələr və 2116 ədəd çətənə bitkiləri yandırılıb.
Müsadirə edilmiş və yandırılmış müxtəlif növ narkotik vasitələrin “qara bazar”da ümumi dəyəri 12 milyon manat təşkil edir.
OXŞAR XƏBƏRLƏR
13:58
1877
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
2004
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
1985
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1141
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1234
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1172