BMT-də ABŞ-Rusiya qarşıdurması - HƏLƏBƏ GÖRƏ
BMT TŞ-nın təcili iclası çağırılıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, iclas iştirakçıları Fransa və Böyük Britaniyanın tələbi ilə toplanıb.
Buna səbəb Suriyanın Hələb şəhərində kütləvi qətliamların baş verməsi ilə əlaqədar bəzi mənbələrin yaydığı məlumatlar olub.
Qurumun baş katibi Pan Gi Mun bütün məlumatların, yayılan video və fotoların bir-bir araşdırılacağını deyib.
ABŞ-ın BMT-dəki səfiri Samanta Pauer hadisələrin törədilməsində Rusiya və Suriyanın hökumət qüvvələrini ittiham edib. O, baş verənləri hərbi cinayət adlandırıb.
Buna Rusiyanın nümayəndəsi Vitaliy Çurkinin reaksiyası da sərt olub.
"ABŞ səfiri özünü Tereza ana kimi aparır. Sizin ittihamlarınız yanlışdır. Siz hansı ölkəni təmsil etdiyinizi və terror qruplaşmaları ilə bağlı siyahınızı xatırlayın, bundan sonra hansısa mənəvi mövqedən və ya digər üstün cəhətləri əsas götürərək danışın", - deyə Çurkin qeyd edib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı