Xaçmazda gecəyarısı qətl: 49 yaşlı qadın bıçaqlandı
Xaçmaz rayonunda qətl hadisəsi baş verib. APA TV-nin şimal bürosunun məlumatına görə, hadisə bu gün gecə saat 04:00 radələrində qeydə alınıb.
Heydər Əliyev prospektində yaşayan 1967-ci il təvəllüdlü Ruzarya Georgiyevna Quçiyeva yaşadığı evin yaxınlığında naməlum şəxs tərəfindən bıçaqlanıb. Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən qadını xilas etmək mümkün olmayıb.
Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə təqsirli bilinən Xaçmaz şəhər sakini, 1985-ci il təvəllüdlü Turxan Akif oğlu Nəsirov saxlanılıb.
Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
13:58
1889
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
2010
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
1990
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1141
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1236
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1173