ABŞ-ın yeni dövlət katibinin adı məlum oldu
ABŞ-ın yeni dövlət katibi Reks Tillerson olacaq.
APA-nın CBS-ə istinadən yaydığı məlumata görə, ABŞ yeni seçilmiş prezidenti Donald Trampın müvafiq qərarı keçid heyət tərəfindən açıqlanıb.
Yeni təyinatın təsdiqləmə prosesinin mübahisəli olacağı gözlənilir. Belə ki, qanunvericilərin bir hissəsi Tillersonun Rusiya prezidenti Vladimir Putinlə yaxşı münasibətlərə malik olduğu düşünür. Onlar rəsmi Moskvanın nəinki ABŞ-dakı prezident seçkilərə müdaxilə etdiyini, hətta Donald Trampı fəal şəkildə təşviq etdiyini iddia edirlər.
Qeyd edək ki, 64 yaşlı R.Tillerson son 40 ildə “ExxonMobil” şirkətində çalışıb. Ötən əsrin 90-cı illərinin sonundan şirkətin Rusiyadakı layihələrinə rəhbərlik edib. O, 2006-cı ildən şirkətə rəhbərlik edir.
OXŞAR XƏBƏRLƏR
13:58
1890
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
2011
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
1991
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1141
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1236
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1173