Masallıda ər keçmiş arvadını öldürdü - HOTELDƏ QƏTL
Masallıda qətl hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayon ərazisində yerləşən hotellərdən birində qeydə alınıb.
Salyan rayon sakini, 22 yaşlı Röya Novruz qızı Hüseynova ürək nahiyəsindən bıçaq zərbəsi alıb. O, aldığı yaradan yerindəcə dünyasını dəyişib. Qadının meyiti müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Qətlin Röya Novruzovanın keçmiş həyat yoldaşı, Masallı rayon sakini, 41 yaşlı İbrahim Paşa oğlu Muradov tərəfindən qısqanclıq zəminində törədildiyi ehtimal olunub.
Hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İbrahim Muradov yaxalanaraq istintaq orqanlarına təhvil verilib.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı