Düşmən mövqelərimizi qumbaraatanlardan atəşə tutur
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 30 dəfə pozub.
Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, Ermənistanın Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Şıxlar, Sarıcalı, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
OXŞAR XƏBƏRLƏR
13:58
1891
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
2012
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
1992
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1141
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1236
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1173