Tovuzda 52 yaşlı kişi birlikdə yeyib-içdiyi həmkəndlisini öldürdü
Tovuzda qətl hadisəsi törədilib. APA TV-nin qərb bürosunun məlumatına görə, rayonun Yanıqlı kənd sakini 43 yaşlı Rüfət Əliyev həmkəndlisi 52 yaşlı Ramiz Nəcəfov tərəfindən bıçaqlanıb. Yaralı aldığı ağır xəsarətlərlə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, hər iki şəxs birlikdə yeyib-içib. Sərxoş olan həmkəndlilər arasına mübahisə yaranıb və qətl hadisəsi baş verib.
Tovuz rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Rüfət Əliyevi qətlə yetirməkdə şübhəli bilinən Ramiz Nəcəfov saxlanılıb. Məlumata görə, o, əvvəllər də məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
13:58
1888
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
2009
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
1989
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1141
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1236
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1173